Bu proses ilkin olaraq
təhsil müəssisələrinin akkreditasiya qaydaları, ümumi təhsil müəssisələrinin
fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu və statusunu
müəyyənləşdirən meyarlar əsasında 11 pilot məktəbi əhatə
edəcək.
Qeyd edək ki, hazırda
Azərbaycanda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili
müəssisələrinin akkreditasiyası keçirilir. Bu tədris ocaqlarının akkreditasiyası
hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər
tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə
həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil
müəssisələrinin də akkreditasiyadan keçirilmə qaydaları
hazırlanır.