Ana Səhifə» 2011 » May » 10 » “Şahin” hərbi idman oyununun qalibləri bəlli oldu
08:35 “Şahin” hərbi idman oyununun qalibləri bəlli oldu |
May ayının 10 – da tədris ilinin əvvəlində start götürən "Şahin”
hərbi idman oyununa yekun vuruldu. Nəticələrə görə, oyunun respublika
turunun birincisi Bakı şəhəri Xətai rayonunun 138 saylı, ikinci yerin
qalibi Nəsimi rayonu üzrə 23 saylı, üçüncü yerin qalibi isə Nizami
rayonu üzrə 277 saylı orta məktəb oldu.
Qeyd edək ki, sözügedən hərbi idman oyunu 2 əsas - sıra keçidi və
fiziki hazırlıq hissələrindən ibarət olub. Bu əsas hissələr də
özlüyündə bir neçə mərhələni birləşdirib.
Sıra keçidi
hissəsi orkestr, oxumaq və sıra hazırlığı, fiziki hazırlıq hissəsi isə
avtomatın sökülüb – yığılması, maneələr zolağının keçilməsi, mülki
müdafiə və digər mərhələlərdən ibarət olub.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və möhkəmləndirilməsi idi.
Oyunlar
Cəmşid Naxçıvanski adına hərbi liseyin kadrları və Gənclər və İdman
Nazirliyinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən
qiymətləndirilib.
İdman oyununun məhz ulu öndər Heydər
Əliyevin doğum günündə keçirilməsi isə birbaşa bu təklifin məhz
ümummilli lider tərəfindən irəli sürülməsi, onun gənclərin hərbi
vətənpərvərlik ruhuna xüsusi diqqət göstərməsi ilə əlaqədar olub.
|
Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 556 | Əlavə edən: GulerMusayeva| |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|