"Mədəd” HTİB müəllimlərin, tələbələrin və inzibati işçi heyətinin peşəkarlıq səviyyəsini təkmilləşdirərək, Azərbaycan təhsil sistemində yeni tədris metodları tətbiq edir. Bunlara texnologiyanın tədris prosesinə inteqrasiyası, müasir tədris metodlarından istifadə edərək təhsil sisteminin inkişaf etdirilməsi, tənqidi və yaradıcı təfəkkürün inkişafı, birgə əməkdaşlığın tətbiq etdirilməsi ilə nail olunur. 21-ci əsrin bu "öyrənmə vərdişləri”, müəllimlərə Rİ/SOL "Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” (MPST) və İntel "Gələcək üçün Təhsil” kurikulumları əsasında 48 saatlıq intensiv təlim kursları vasitəsilə çatdırılır. Bu təlimlərin nəticəsi, aşağıdakı amillər vasitəsilə məhsuldar "öyrətmə” və "öyrənmə” mühitlərinin yaradılmasıdır: Tələbələr üçün sərbəst danışmaq, yazıb yaratmaq və əməkdaşlıq etmək imkanları yaradaraq sinif otağını yaradıcı öyrənmə mühitinə çevirmək; Tələbələrə rəqabət, əməkdaşlıq və birgə fəaliyyət vərdişlərini aşılamaq; Fəal öyrənmə vasitəsilə sosial və rəhbərlik vərdişlərini inkişaf etdirmək; Birgə əməkdaşlıq və interaktiv tədris vasitəsilə "öyrənməni” sosial proses kimi inkişaf etdirmək; Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş (2005-2007) dövlət proqramının əsas tərkib hissəsi olan müəllim təlimləri, Mədəd təşkilatı tərəfindən irəli sürülmüş və 2005-ci ildən etibarən Azərbaycanda tətbiq olunmaqdadır. İKT-nın sinif otaqları və ümumi təhsil sistemində tətbiq olunmasında, müəllim təlimlərinin vacibliyini nəzərə alaraq, Təhsil Nazirliyi Mədəd təşkilatı ilə birgə təlimlərin (2008-2012) yeni dövlət proqramı çərçivəsində həyata keçirilməsi üçün müqavilə imzaladı. Azərbaycan müəllimlərinin rəhbərlik səriştələrini inkişaf etdirmək üçün Mədəd, "Təlimçilərin Təlimi” metodikasından istifadə edir. Hal-hazırda Mədəd Azərbaycanın 20 rayonunu əhatə edən, 70-dən çox mərkəzdə çalışan 150 yüksək ixtisaslı təlimçi-müəllim heyətinə rəhbərlik edir. 2005-ci ildən başlayaraq, Madad, Azərbaycanın Bakı, Sumqayıt, Bərdə, Salyan, Quba, Qusar, Qazax, Zaqatala, Lənkəran, Masallı və digər bölgələrində 20,000-nə yaxın müəllim heyətinə təlim keçmişdir.
Gülər Musayeva MPST kurslarında təlimçi fəaliyyəti
MPST kurslarında təlimçi kimi çalışdığı müddətdə "Mədəd” HTİB ofisində, Binəqədi 83 №-li məktəbdə, Hacıqabul rayonu 5 №-li orta məktəbdə keçdiyi kurslarda 250 müəllimə MPST kursunu keçərək İKT-nin təhsildə tətbiqinin inkişafına azda olsa kömək ediblər.
12.01.2007 Hacıqabul 5 №-li məktəb
19.01.2007 "MƏDƏD" ofis
15.01.2007 "MƏDƏD" ofis