Ana Səhifə» 2011 » İyun » 4 » Elektron təhsil müsabiqəsinin nominantları seçildi
23:39 Elektron təhsil müsabiqəsinin nominantları seçildi |
Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsi bildirir ki , müsabiqədə iştirak edən layihələrin 2-ci mərhələdə qiymətləndirilməsi əsasında Müsabiqənin Nominantları seçilib. Müsabiqədə iştirak edən 601 Layihədən cəmi 98 Layihə Müsabiqənin Nominantı seçilərək mübarizəni davam etdirmək imkanı qazanıblar . Təşkilat Komitəsinin qərarı ilə ən çox bal toplayan resurslar arasından 1-ci Nominasiya üzrə 30, 2-ci Nominasiya üzrə 22, 3-cü Nominasiya üzrə 32, 4-cü və 5-ci Nominasiyaların hər birisində 7 Nominant yeri müəyyən olunub. "Elektron Təhsil” Müsabiqəsinin qalibləri səsvermənin sonuncu – 3-cü mərhələsində müəyyən olunacaq. Bu mərhələ 15 iyun 2010-cu il tarixədək yekunlaşacaq. Münsiflər Heyəti bu mərhələdə hər bir Nominasiya üzrə Nominant resurslar arasından .mövcud Kriteriyalar və qiymətləndirmə prinsipləri əsasında qalibləri seçəcəklər . Bu müddət ərzində qeydiyyatdan keçən iştirakçılar Nominant elan olunan resurslar haqqında öz rəylərini və şərhləri yaza bilərlər. Qaliblərin mükafatlandırılmasından ibarət olan yekun Təqdimat mərasiminin iyun ayının 20-dək keçirilməsi nəzərdə tutulub. "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən "Elektron Təhsil” Müsabiqəsi Microsoft Azərbaycan, Intel korporasiyasının "Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir. "Elektron Təhsil” Respublika Müsabiqəsinin Təşkilat Komitəsi Qaynaq: musabiqe.edu.az
|
Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 670 | Əlavə edən: GulerMusayeva| |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|