Statistika / online
Online 1 Qonaqlar: 1 İstifadəçilər: 0
Müəllimin stolüstü saytları
|
Ana Səhifə» 2011 » May » 5 » “Bilik, bacarıq və qabiliyyət” müsabiqəsi keçirilir
08:28 “Bilik, bacarıq və qabiliyyət” müsabiqəsi keçirilir |
Məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar arasında
"Bilik, bacarıq və qabiliyyət” müsabiqəsi keçirilir. Müsabiqənin
keçirilməsində əsas məqsəd və vəzifələri uşaqların meyl, maraq,
qabiliyyət və istedadlarını üzə çıxarmaq, onların gələcək inkişafını
təmin etməkdir. Adıçəkilən müsabiqə xüsusi istedada malik olan
uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006
- 2010), Azərbaycan Respublikasında məktəbəqədər təhsilin
yeniləşdirilməsi Proqramı (2007 - 2010), o cümlədən "Təhsil haqqında”
Qanunun tələblərinə müvafiq olaraq təşkil olunub.
Beş yaşlı uşaqların intellektual, sosial – mənəvi, estetik və
psixoloji cəhətdən inkişafını, dərk etmə və nitq qabiliyyətlərinin
səviyyəsini müəyyən etmək də əsas məqsədlər kimi yer alıb. Müsabiqə
musiqi, nitq mədəniyyəti, sadə riyazi təsəvvürlərin inkişafı və rəsm
nominasiyaları üzrə keçirilir və 5 – 6 yaşlı uşaqları əhatə edir. Hər
dörd nominasiya üzrə məktəbəqədər təhsil müəssisələrində təşkilat
komitəsi və münsiflər heyəti yaradılıb. Hər bir nominasiya 3 – bağça,
rayon və şəhər mərhələsində təşkil olunub. Artıq nitq mədəniyyəti,
musiqi, sadə riyazi təsəvvürlərin inkişafı nominasiyalarına yekun
vurulub. Hazırda sonuncu - rəsm nominasiyası üzrə müsabiqənin rayon
mərhələsi keçirilməkdədir. May ayının ikinci ongünlüyündə isə
sözügedən nominasiya üzrə müsabiqənin şəhər mərhələsinin keçirilməsi və
beləliklə, müsabiqəyə yekun vurulması gözlənilir. Məlumat
üçün bildirək ki, musiqi nominasiyasının rayon mərhələsində ümumilikdə
158 nəfərin iştirak edib və onlardan 35 – i mayın 14 – də keçirilən
şəhər mərhələsində qalib gəlib. Qiymətləndirmədə zamanı
mahnı, rəqs, nağıl personajlarının rollarını nümayiş etmək, musiqini
tanımaq və mahnını emosional ifa etmək, bəstəkarın adını söyləmək,
musiqinin ritminə müvafiq rəqs elementlərinin yerinə yetirilməsi kimi
məsələlərə diqqət yetirilib. Aprelin 22 - də keçirilən nitq
mədəniyyəti nominasiyasının rayon mərhələsində isə 79 nəfər iştirak
edib. Onlardan 24 – ü müsabiqənin şəhər mərhələsində qalib yerlərin
sahibi olub. Burada isə uşaqların şeir söyləmək, intonasiya, bədii
sözlərdən istifadə bacarığı, mövzuya müvafiq hekayə qurmaq, ictimai
həyat və təbiət hadisələri haqqında biliklərini nümayiş etdirmək,
müxtəlif test tapşırılarını yerinə yetirmək kimi qabiliyyətlərinə fikir
verilib. Mayın 4 - də keçirilən sadə riyazi təsəvvürlərin
inkişafı nominasiyasının rayon mərhələsində isə ümumilikdə 65 nəfər
iştirak edib. Onlardan 28 nəfəri uğur qazanıb. Bu nominasiya
üzrə iştirakçıların qiymətləndirilməsi onların proqram materiallarının
mənimsənilməsi, test tapşırıqları, kompyuter oyunları, idrakı
çalışmalar, zamana və məkana bələd olmaq, forma, ölçü vahidləri,
kəmiyyət, toplama, çıxma əməllərinin aparılmasına görə aparılıb.
Hazırda
davam edən rəsm nominasiyasında xüsusilə uşaqların mövzu seçmək
bacarığı və mövzunun aktuallığı, texniki və təsviri bacarıq vərdişləri,
rənglərin düzgün seçimi, uşaqların sərbəstliyi və işin estetik
tərtibatı qiymətləndiriləcək
|
Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 563 | Əlavə edən: GulerMusayeva| |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
Təqvim
« May 2011 » | B.e | Ç.a | Çər | C.a | C | Ş | Ba | | | | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |
Qabaqcıl müəllimlərin saytı
|