Çərşənbə axşamı, 16.04.2024, 09:21
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » Oktyabr » 22 » TN də nazirliyin sifarişi əsasında TP İnstitutu yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş növbəti iclas
12:36
TN də nazirliyin sifarişi əsasında TP İnstitutu yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş növbəti iclas
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq Təhsil Problemləri İnstitutunda müvafiq mövzular əhatə olunmaqla aparılacaq tədqiqat işlərinin mühüm əhəmiyyəti olacağını qeyd edib. Bugünkü iclasda seçilmiş mövzuların rəhbərlərinin iştirak etdiyini bildirən təhsil naziri onların həmin tədqiqat sahəsi üzrə fikirlərinin dinlənilməsinin məqsədəuyğunluğunu vurğulayıb. Nazir ötən iclasda müzakirə edilən mövzulara yenidən baxıldığını diqqətə çatdıraraq bu barədə ətraflı məlumat vermək üçün sözü Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabova verib.
A.Mehrabov yerinə yetiriləcək tədqiqat mövzuları ilə bağlı müvafiq təkmilləşdirilmə işlərinin aparıldığını və yekun olaraq on səkkiz mövzunun müəyyənləşdirildiyini açıqlayıb. İnstitut direktoru qeyd olunan mövzuların ibtidai siniflərdə fənn kurikulumlarının tətbiqi nəticələrinin, həmin siniflərdə dərsin bir müəllim və ya fənlər üzrə ayrı-ayrı müəllimlər tərəfindən aparılmasının müqayisəli təhlili, beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin təşkili, təlim prosesində yeni pedaqoji texnologiyalardan, İKT-dən istifadənin elmi əsasları və təlimin keyfiyyətinə təsiri, ümumi təhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi, qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və qiymətləndirmə vasitələrinin tədqiqi, habelə təhsilin digər sahələrini əhatə etdiyini bildirib. A.Mehrabov eyni zamanda nəzərdə tutulan tədqiqat mövzularında toxunulacaq məsələlər və onların mahiyyəti ilə iştirakçıları tanış edib.
Sonra tədqiqat mövzuları üzrə icraçılar − Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin İbtidai təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım İbadova, Tətbiqi Tədqiqatlar, Monitorinq və Qiymətləndirmə Mərkəzinin Qiymətləndirmənin məzmunu və vasitələri şöbəsinin müdiri Elxan Bəylərov rəhbəri olduqları tədqiqat mövzuları barədə məlumat verib və gözlənilən nəticələri diqqətə çatdırıblar. Eyni zamanda icraçılar onlara ünvanlanan sualları cavablandırıblar.
Təhsil naziri Misir Mərdanov Təhsil Problemləri İnstitutunda yerinə yetirilməsi nəzərdə tutulan mövzularla bağlı tövsiyə və tapşırıqlarını verib, həmin mövzuların adlarında müəyyən dəyişiklik aparıldıqdan və Təhsil Nazirliyinin aidiyyəti şöbələri ilə müzakirə edildikdən sonra qəbul edilməsinin məqsədəuyğunluğunu qeyd edib. Nazir, həmçinin aparılan tədqiqatların müxtəlif mənbələr hesabına stimullaşdırılması məsələsinə toxunub.
İclasda tədqiqat mövzuları ilə bağlı rəy və təkliflər səsləndirilib, həmin təkliflərin nəzərə alınması qeyd olunub.

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 489 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Oktyabr 2011  »
B.eÇ.aÇərC.aCŞBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz