Cümə, 26.04.2024, 13:19
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » İyul » 12 » Təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının nümayəndə heyəti ilə görüşüb
22:49
Təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının nümayəndə heyəti ilə görüşüb
Misir Mərdanov qonaqları səmimi salamlayaraq, onları Təhsil Nazirliyində görməkdən məmnun olduğunu ifadə edib. "British Council”ın ölkəmizdə həyata keçirdiyi çoxsaylı uğurlu layihələrdən söz açan nazir bu layihələr çərçivəsində əldə olunmuş nəticələri xüsusi qeyd edib. Təhsil naziri Bakının 7 pilot məktəbində müəllimlər üçün keçirilən ən müasir ingilis dili təlim kursunun əhəmiyyətindən danışıb və bu təşəbbüsün növbəti tədris ilində 20 məktəbdə davam etdiriləcəyini önə çəkib. Azərbaycanda ingilis dilinə böyük maraq olduğunu bildirən Misir Mərdanov onu da əlavə edib ki, bu gün "British Council” Təhsil Nazirliyinin yüksək əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardandır.
Nazir ölkə Prezidenti cənab İlham Əliyevin "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında sərəncam imzaladığını və bu sərəncama uyğun olaraq təhsil sahəsi üzrə qısa müddət ərzində yeni strategiyanın hazırlanacağını qonağın diqqətinə çatdırıb. Misir Mərdanov bu sənədin hazırlanmasında ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, xüsusilə "British Council”ın imkanlarından istifadə olunmasının məqsədəuyğunluğunu vurğulayıb. Nazir, həmçinin son illər Azərbaycanda təhsil sahəsi üzrə atılan mühüm addımlar, həyata keçirilən yeniliklər barədə də məlumat verib.
Daha sonra Misir Mərdanov Təhsil Nazirliyi ilə "British Council” təşkilatı arasında yaradılmış əlaqələrin genişləndirilməsi istiqamətlərinə toxunub. Təhsil naziri Azərbaycanda təlim tam ingilis dilində və yaxud hər iki dildə aparılan məktəbin yaradılması, ingilis dilinin tədrisi vəziyyətinin monitorinqinin keçirilməsi, ümumtəhsil məktəbləri üçün ingilis dili dərslik və dərs vəsaitlərinin birgə hazırlanması təklifini irəli sürüb.
"British Council” təşkilatının regional direktoru Maykl Börd səmimi qəbul və verilən məlumat üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə uğurlu əməkdaşlığın mövcudluğunu qeyd edən qonaq bu tərəfdaşlıqdan razı qaldıqlarını ifadə edib. Maykl Börd "British Council” təşkilatının 16 ölkəsi üzrə məsul şəxs olduğunu vurğulayıb, həmin ölkələr içərisində Azərbaycanın xüsusi yerini nəzərə çatdırıb. Birgə layihələrin önəmli nəticələrindən danışan qonaq bu əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildirib. Qonaq eyni zamanda hazırda Azərbaycanın təhsil sistemi üzrə prioritet sahələrlə maraqlanıb.
Misir Mərdanov öz növbəsində müəllim nüfuzunun qaldırılmasının, onların ixtisasının artırılması və yenidən hazırlanmasının, təhsilin idarəolunmasının, dərsliklərin, kurikulumların hazırlanmasının və digər məsələlərin ölkə təhsili üçün prioritet istiqamətlər olduğunu qeyd edib.
Görüşdə Böyük Britaniya universitetləri ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, orta və peşə təhsili sahəsi üzrə əməkdaşlığın yaradılması, azərbaycanlı gənclərin Böyük Britaniya universitetlərində təhsili, məktəblərdə ingilis dilinin tədrisi, müəllim-tələbə mübadiləsinin təşkili və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 430 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  İyul 2011  »
B.eÇ.aÇərC.aCŞBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz