Cümə, 29.03.2024, 08:07
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » May » 10 » “Şahin” hərbi idman oyununun qalibləri bəlli oldu
08:35
“Şahin” hərbi idman oyununun qalibləri bəlli oldu
May ayının 10 – da tədris ilinin əvvəlində start götürən "Şahin” hərbi idman oyununa yekun vuruldu.  Nəticələrə görə, oyunun respublika turunun birincisi Bakı şəhəri Xətai rayonunun 138 saylı, ikinci yerin qalibi Nəsimi rayonu üzrə 23 saylı, üçüncü yerin qalibi isə Nizami rayonu üzrə 277 saylı orta məktəb oldu. 
Qeyd edək ki, sözügedən hərbi idman oyunu 2 əsas - sıra keçidi və fiziki hazırlıq hissələrindən ibarət olub. Bu əsas hissələr də özlüyündə bir neçə mərhələni birləşdirib. 
Sıra keçidi hissəsi orkestr, oxumaq və sıra hazırlığı, fiziki hazırlıq hissəsi isə avtomatın sökülüb – yığılması, maneələr zolağının keçilməsi, mülki müdafiə və digər mərhələlərdən ibarət olub. 
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və möhkəmləndirilməsi idi.
Oyunlar Cəmşid Naxçıvanski adına hərbi liseyin kadrları və Gənclər və İdman Nazirliyinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
İdman oyununun məhz ulu öndər Heydər Əliyevin doğum günündə keçirilməsi isə birbaşa bu təklifin məhz ümummilli lider tərəfindən irəli sürülməsi, onun gənclərin hərbi vətənpərvərlik ruhuna xüsusi diqqət göstərməsi ilə əlaqədar olub.

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 545 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  May 2011  »
B.eÇ.aÇərC.aCŞBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz