Cümə, 26.04.2024, 01:24
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » Aprel » 25 » Şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekunu
22:46
Şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekunu
Müsabiqənin yekun mərhələsinə həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, təhsil nazirinin müavinləri və Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.
Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ulu öndərin anadan olmasının ildönümlərinə həsr edilmiş inşa yazı müsabiqəsinin Azərbaycanda həyata keçirilən ən kütləvi tədbir olduğunu qeyd edib. Müsabiqənin keçirilməsinə 2007-ci ildən başlandığını diqqətə çatdıran nazir ictimaiyyətin bu ənənəni dərin rəğbətlə qarşıladığını bildirib.
Təhsil naziri qeyd edib ki, hər il bir qayda olaraq, ümumtəhsil məktəblərinin VII-XI sinif və peşə liseyləri şagirdlərinin qatıldığı müsabiqə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə 3 mərhələdə – məktəb, rayon (şəhər) və yekun (respublika) mərhələlərində keçirilir. Nazirin verdiyi məlumata görə, ötən illərdə olduğu kimi, bu il də müsabiqənin məktəb və rayon (şəhər) mərhələlərində 700 minədək məktəbli iştirak edib.
Müsabiqənin yekun mərhələsində 97 məktəblinin iştirak etmək hüququ qazandığını vurğulayan Misir Mərdanov müsabiqəyə şagirdlərin böyük maraq göstərməsini əlamətdar hal kimi dəyərləndirib, bunun ulu öndərin xatirəsinə hədsiz hörmət və ehtiramın parlaq ifadəsi olduğunu bildirib. İnşa müsabiqəsinin eyni şərtlər daxilində Naxçıvan Muxtar Respublikasında da keçirildiyini nəzərə çatdıran nazir qaliblərə mükafat və müxtəlif hədiyyələrin təqdim ediləcəyini, ən yaxşı işlərin toplu şəklində nəşr olunacağını söyləyib.
Təhsil naziri Misir Mərdanov çıxışının sonunda bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.
Sonra müsabiqənin yekun mərhələsinin mövzusu elan edilib və məktəblilər «İnsanlara və insanlığa nümunə olan dahi şəxsiyyət» adlı inşa yazmağa başlayıblar.

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 491 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Aprel 2011  »
B.eÇ.aÇərC.aCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz