Cümə, 19.04.2024, 22:59
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » İyul » 2 » Sabah 72 yaşlı abituriyent də imtahan verəcək
23:57
Sabah 72 yaşlı abituriyent də imtahan verəcək
Sabah ali məktəblərin 3-cü qrupuna imtahanlar keçirləcək. Bu imtahanda iştirak edəcək 32 869 nəfərdən biri 72 yaşlı abituriyent Ramiz Həsənovdur.
Belə ki, Ramiz Həsənov bu il imtahan verəcək ən yaşlı abituriyentdir. Xeyli vaxtdır ki, o, gecəsini gündüzünə qatıb kitab oxuyur. M. Axundov adına Milli Kitabxanada artıq onu yaxşı tanıyırlar. Ətrafdakı gənclər arasında yeganə ahıl yaşlı şəxsdir ki, dərs oxuyub imtahana hazırlaşır. 3-cü qrup ixtisasına uyğun olaraq Azərbaycan dili və tarixi, o cümlədən digər fənləri öyrənir. 
R. Həsənov deyir ki, bu gün uşaqlar nəyəsə ümid olub oxumurlar. Onun sözlərinə görə, onlar oxumaq istəmirlər: "Qoy görsünlər ki, mən yaşda insan gedib imtahan verir. Birdən fikirləşərlər ki, qəbul ola bilməzlər. Amma qoy məni görüb örnək götürsünlər”.
Ramiz Həsənov ötən il də özünü sınayıb. 200 bal toplayıb. Cəmi bir neçə balı çatmayıb ki, tələbə adını qazınsın. Həvəsdən düşməyərək bu il yenidən özünü sınamaq qərarına gəlib
Ali təhsil almaq, dil-ədəbiyyat müəllimi olmaq onun ən böyük arzusudur. 55 illik iş stajı olmasına baxmayraq, hələ də işləyir. Pensiya da alır. Onun qızı da tələbədir. Ramiz kişi sabahkı imtahandan üzü ağ çıxsa, instituta ata-bala gedəcəklər.

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 415 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  İyul 2011  »
B.eÇ.aÇərC.aCŞBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz