Cümə, 26.04.2024, 12:33
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » Avqust » 24 » Nazirlik məktəbli ləvazimatları ilə bağlı monitoqinqlərə başlayıb
23:29
Nazirlik məktəbli ləvazimatları ilə bağlı monitoqinqlərə başlayıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və Azərbaycanın regionlarında uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətləri ilə bağlı monitorinqlərə başlayıb. Bu barədə nazirliyin məlumatında bildirilir.
"Bu yoxlamaların aparılmasında məqsəd yeni dərs ilinin yaxınlaşması ilə əlaqədar uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətinin süni şəkildə artırılmasının qarşısını almaqdan ibarətdir. Monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanır.

Dövlət Xidməti həmçinin istehlakçıları uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətlərində artım halları ilə qarşılaşdıqda məlumat verməyə çağırır.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əsasnaməsi 26 dekabr 2009-cu ildə Azərbaycan prezidenti tərəfindən təsdiqlənib. (əlaqə telefonu: 498-15-01, 498-15-04).

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 457 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Avqust 2011  »
B.eÇ.aÇərC.aCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz