Çərşənbə, 24.04.2024, 13:46
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » May » 4 » Müəllimlərə dövlət qulluqçusu statusu verilsə, hansı üstünlükləri əldə edəcəklər?
08:10
Müəllimlərə dövlət qulluqçusu statusu verilsə, hansı üstünlükləri əldə edəcəklər?

Təhsil naziri Misir Mərdanov cənub bölgəsində olarkən müəllimlərə dövlət qulluqçusu statusunun verilmə ehtimalının olduğunu bildirmişdi. Əgər müəllimlərə belə status verilərsə, onlar hansı üstünlüklər əldə edə bilərlər? Modern.az saytı bu sualla əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əlaqə saxlayıb.  Komissiyanın mətbuat xidmətinin rəhbəri Asəf Əliyev bu haqda onların heç bir məlumatlarının olmadığını bildirib. "Əgər müəllimlərə dövlət qulluqçusu statusu verilərsə, onun necə, hansı qaydada olacağını isə qanunvericilər müəyyənləşdirəcək” deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.

Qeyd edək ki, "Dövlət qulluğu haqqında” qanunda dövlət qulluqçuları üçün bir sıra təminatlar müəyyənləşdirlib. Məsələn, qanunun 21-ci maddəsində göstərilib ki, dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir:
- dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər;
- lazımi qulluq şəraiti;
- haqqı ödənilən məzuniyyət;
- dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;
- müvafiq istiqamət üzrə əlavə təhsilalma;
- dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;
- pensiya təminatı və dövlət sosial sığortası;
- qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta;
- icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;
- dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi.

Qanun 22-ci maddəsinə görə, dövlət qulluqçusu dövlət məvacibi alır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır.

23-cü maddəyə görə isə , dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.
- Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.
- Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.
- Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə pensiyanın müvafiq qanunvericiliklə müəyyən edilən faizi ödənilir.

24-cü maddədə dövlət qulluqçularının mükafatlandırılması nəzərdə tutulub.

- Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
- Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və andına sədaqəti dövlət tərəfindən qiymətləndirilməlidir. Onun xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi, «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə, digər orden və medallarla təltif olunmasından, habelə Azərbaycan Respublikasının fəxri adlarını almasından ibarətdir. Dövlət qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında əsasnamələr və qaydalar qanunvericiliklə müəyyən edilir.

Qaynaq: Modern.az – Aytən Əliyeva

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 616 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  May 2011  »
B.eÇ.aÇərC.aCŞBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz