Cümə axşamı, 28.03.2024, 19:01
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2012 » Oktyabr » 7 » MPST
19:50
MPST
"Mədəd” HTİB  müəllimlərin, tələbələrin və inzibati işçi heyətinin peşəkarlıq səviyyəsini təkmilləşdirərək, Azərbaycan təhsil sistemində yeni tədris metodları tətbiq edir. Bunlara texnologiyanın tədris prosesinə inteqrasiyası, müasir tədris metodlarından istifadə edərək təhsil sisteminin inkişaf etdirilməsi, tənqidi və yaradıcı təfəkkürün inkişafı, birgə əməkdaşlığın tətbiq etdirilməsi ilə nail olunur. 21-ci əsrin bu "öyrənmə vərdişləri”, müəllimlərə Rİ/SOL "Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” (MPST) və İntel "Gələcək üçün Təhsil” kurikulumları əsasında 48 saatlıq intensiv təlim kursları vasitəsilə çatdırılır. Bu təlimlərin nəticəsi, aşağıdakı amillər vasitəsilə məhsuldar "öyrətmə” və "öyrənmə” mühitlərinin yaradılmasıdır: Tələbələr üçün sərbəst danışmaq, yazıb yaratmaq və əməkdaşlıq etmək imkanları yaradaraq sinif otağını yaradıcı öyrənmə mühitinə çevirmək; Tələbələrə rəqabət, əməkdaşlıq və birgə fəaliyyət vərdişlərini aşılamaq; Fəal öyrənmə vasitəsilə sosial və rəhbərlik vərdişlərini inkişaf etdirmək; Birgə əməkdaşlıq və interaktiv tədris vasitəsilə "öyrənməni” sosial proses kimi inkişaf etdirmək; Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş (2005-2007) dövlət proqramının əsas tərkib hissəsi olan müəllim təlimləri, Mədəd təşkilatı tərəfindən irəli sürülmüş və 2005-ci ildən etibarən Azərbaycanda tətbiq olunmaqdadır. İKT-nın sinif otaqları və ümumi təhsil sistemində tətbiq olunmasında, müəllim təlimlərinin vacibliyini nəzərə alaraq, Təhsil Nazirliyi Mədəd təşkilatı ilə birgə təlimlərin (2008-2012) yeni dövlət proqramı çərçivəsində həyata keçirilməsi üçün müqavilə imzaladı. Azərbaycan müəllimlərinin rəhbərlik səriştələrini inkişaf etdirmək üçün Mədəd, "Təlimçilərin Təlimi” metodikasından istifadə edir. Hal-hazırda Mədəd Azərbaycanın 20 rayonunu əhatə edən, 70-dən çox mərkəzdə çalışan 150 yüksək ixtisaslı təlimçi-müəllim heyətinə rəhbərlik edir. 2005-ci ildən başlayaraq, Madad, Azərbaycanın Bakı, Sumqayıt, Bərdə, Salyan, Quba, Qusar, Qazax, Zaqatala, Lənkəran, Masallı və digər bölgələrində 20,000-nə yaxın müəllim heyətinə təlim keçmişdir.
 
Gülər Musayeva MPST kurslarında təlimçi fəaliyyəti
 
MPST kurslarında təlimçi kimi çalışdığı müddətdə "Mədəd” HTİB ofisində, Binəqədi 83 №-li məktəbdə, Hacıqabul rayonu 5 №-li orta məktəbdə keçdiyi kurslarda 250 müəllimə MPST kursunu keçərək İKT-nin təhsildə tətbiqinin inkişafına azda olsa kömək ediblər.
 
 12.01.2007 Hacıqabul 5 №-li məktəb

 19.01.2007 "MƏDƏD" ofis 
  15.01.2007 "MƏDƏD" ofis 

Bölmə: MPST kursları| Yüklənib: 3485 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 2
2 KatsMedaHes  
0
SEO

1 BoilliniMek  
0
За долгое время удачной работы в сфере http://otopleniepodklyuch.ru/ - отопления и водоснабжения наши специалисты накопили существенный опыт, поэтому предоставляем только лучшие и современные разработки в сфере создания http://otopleniepodklyuch.ru/ - систем отопления или водоснабжения.

Наши специалисты помогут правильно выбрать схему, установить современную систему отопления и водоснабжения, начиная с расчета и проектирования, заканчивая ее монтажом с последующим обслуживанием.

 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Oktyabr 2012  »
B.eÇ.aÇərC.aCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz