Çərşənbə axşamı, 19.03.2024, 14:21
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » İyul » 9 » M. Mərdanov Avropa İttifaqının (Aİ) Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Marius Opranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü
22:45
M. Mərdanov Avropa İttifaqının (Aİ) Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Marius Opranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü
Görüşdə Avropa İttifaqının Avropa İqtisadi və Sosial Komitəsinin Daxili bazar, istehsal və istehlak bölməsinin rəhbəri Brayan Kassidi, Brüsseldə fəaliyyət göstərən Avropa Siyasəti Mərkəzinin müstəqil siyasi analitiki, "Aİ qonşuluğu forumu”nun əlaqələndiricisi Amanda Paul Akçakoça, cəmiyyətdə və sosial-iqtisadi inkişafda gənclər və qadınların rolu sahəsində Fondun tədqiqatçısı Feliçiya Skoartsa iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib. Nazir ölkəmizdə təhsil sahəsində aparılan islahatlar və əldə olunan nailiyyətlər, təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr və qəbul edilən proqramlar haqqında qonaqlara geniş məlumat verib. Təhsil naziri təhsildə İKT-nin tətbiqi, müəllim hazırlığı və bu çərçivədə Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq, müəlimlərin işə qəbulu, təhsilin inkişafı istiqamətində Dünya Bankı ilə birgə bir sıra layihələrin həyata keçirilməsi və digər məsələlər üzrə görülən işlər haqqında danışıb.
Avropa İttifaqının Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Marius Opra Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Qonaq "Qardaşlaşmış məktəblər" layihəsi, "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Avropa İttifaqında insanların peşə yönümlülüyünün dəyişdirilməsi, ittifaq ölkələrinin Təhsil nazirlikləri nəzdində fəaliyyət göstərən Müəllimlərin Peşəkarlığının Artırılması Mərkəzləri üçün tenderlər elan olunduğunu və Azərbaycanın da bu imkanlardan yararlana biləcəyini qeyd edib. Qonaq şagirdlərin kompüter biliklərinin artırılmasında diqqəti təkcə kompüterdən istifadəyə deyil, onları bu sahə üzrə proqramlar hazırlamağa yönəltməyin vacib olduğunu nəzərə çatdırıb. Eyni zamanda Marius Opra Avropa İttifaqı üzvlərinin Azərbaycanın təhsili, mədəniyyəti, tarixi və s. haqqında məlumatlandırılması, bu məqsədlə Avropa İttifaqında müxtəlif təhsil sərgilərinin, tədbirlərin təşkil olunmasının məqsədəuyğunluğunu bildirib.
Görüşdə tərəflər Avropa İttifaqının ali təhsil müəssisələri arasında əməkdaşlıq çərçivəsində həyata keçirdiyi Tempus, Erasmus Mundus və s. proqramlarda Azərbaycanın daha fəal iştirakı, birgə elmi-tədqiqatların aparılması, texniki-peşə təhsilinin inkişafı, Azərbaycanın ucqar kənd rayonlarındakı məktəblərin vəziyyəti və həmin məktəblərə müəllimlərin cəlb olunması məsələlərini müzakirə edib, qarşıda duran problemlərin həlli yolunda görüləcək işlər barədə rəy və təkliflərini bildiriblər.

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 401 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  İyul 2011  »
B.eÇ.aÇərC.aCŞBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz