Cümə axşamı, 28.03.2024, 20:36
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » Avqust » 18 » ISESCO-nun dəstəyi ilə «Təhsildə İKT-nin tətbiqi» mövzusunda seminar keçirilib
10:48
ISESCO-nun dəstəyi ilə «Təhsildə İKT-nin tətbiqi» mövzusunda seminar keçirilib
Təhsil Nazirliyi və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESCO) Bakıda "Təhsildə İKT-nin tətbiqi” mövzusunda üçgünlük milli seminar keçirib. Seminar "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilib.

Seminarda Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılmasi idarəsinin rəisi Samir Məmmədov dövlət proqramı çərçivəsində görülən işlər haqqında geniş məlumat verib. S.Məmmədov çıxışında dövlət proqramı çərçivəsində qurulan Məlumat və Resurs Mərkəzi, Azərbaycan Təhsil Şəbəkəsi, Təhsil Portalı və s. fəaliyyətlər üzrə seminar iştirakçılarını məlumatlandırıb.

Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əziz Axundov Azərbaycanın təhsil sisteminin müasir standartlara uyğün qurulması istiqamətində fəaliyyət çərçivəsində Nazirliyin beynəlxalq təşkilatlarla mütamadi olaraq əməkdaşlığını qeyd edib. Onun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycanın təhsil sisteminin daimi inkişafı ilə yanaşı, milli təhsil nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırmağa imkan yaradır. A.Axundov İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.
İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının nümayəndəsi Əli İbrahimi müasir təhsil sistemində informasiya kommunikasiya texnologiyalarınn mühüm alətlərdən biri olmasını qeyd etmişdir.

Onun sözlərinə görə, inkişafın vacib komponentı olan təhsil yeni texnologiyalar vasitəsilə öz mühüm vəzifəsini daha effektiv həll edə bilir. Ə.İbrahimi çıxışında bu istiqamətdə İSESCO təşkilatının həyata keçirdiyi layihələr haqqında geniş məlumat vermiş və Azərbaycanla da bu istiqamətdə əməkdaşlığın vacibliyini qeyd edib.

Seminarda "Təhsilin idarə olunmasında İKT-nin tətbiqi problemləri: dünya təcrübəsindən istifadə”, "Mədəd təşkilatının əməkdaş təşkilat kimi Dövlət Proqramında fəaliyyəti”, "Intel korporasiyasının "Gələcək üçün təhsil” proqramının Azərbaycanda tətbiqi” mövzularında təqdimatlar keçirilib.
Tədbir çərçivəsində təhsildə İKT-nin tətbiqi üzrə işçi qruplarda praktik işlər də həyata keçirilib. Bu müzakirələrdə Web 2.0 texnologiyalarından praktik istifadəyə, yönümlü tədrisin inkişafına istiqamətlənmiş elektron təhsil resurslarının öyrənilməsinə xüsusi yer ayrılıb

Yüklənib: 409 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Avqust 2011  »
B.eÇ.aÇərC.aCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz