Cümə, 19.04.2024, 10:30
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » İyun » 30 » İyunun 30-da Təhsil Nazirliyində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi
23:43
İyunun 30-da Təhsil Nazirliyində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi
Tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev də iştirak edib.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov 1-3 iyul 2011-ci il tarixlərində Bakıda keçiriləcək Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təşkil edildiyini bildirib. Nazir deyib ki, konqresdə 20-dən çox ölkədən, o cümlədən, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İran, ABŞ, Fransa, Malayziya, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan riyaziyyatçı alimlər iştirak edəcək. Konqresin saytında 700 nəfərdən çox iştirakçının qeydiyyatdan keçdiyini nəzərə çatdıran təhsil naziri konqresə xarici ölkələrdən 300-dək iştirakçının qatılacağını vurğulayıb.
Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) (Turkic World Mathematical Society (TWMS)) 1999-cu ildə Türkiyənin Elazığ şəhərində əsası qoyulmuş beynəlxalq təşkilat olduğu haqda məlumat verib, bu qurumun öz sıralarında Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla yanaşı, Rusiya, Çin, ABŞ, Fransa, İsveç və digər ölkələrdən olan riyaziyyatçı alimləri birləşdirdiyini söyləyib. Təşkilatın əsas məqsədinin türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələrin ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda türksoylu alimlərin dünya miqyasında tanınmasına dəstək vermək olduğunu nəzərə çatdıran nazir 1999-cu ildən etibarən bu cəmiyyətin üç konqresinin keçirildiyini bildirib.
Azərbaycanda fundamental elmlərin inkişafı istiqamətində son illər ərzində görülmüş işlərin müsbət nəticələr verdiyini qeyd edən təhsil naziri Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresinin Bakıda keçirilməsinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Konqresin proqramının və tezislərinin ingilis dilində çap olunduğunu bildirən nazir bu tədbirin Azərbaycan alimlərinin beynəlxalq əlaqələrinin genişlənməsinə yeni imkanlar yaradacağına inamını ifadə edib.
Sonda təhsil naziri Misir Mərdanov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 431 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  İyun 2011  »
B.eÇ.aÇərC.aCŞBa
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz