Cümə, 26.04.2024, 02:38
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » May » 3 » İnformatika fənninin tədrisinə nə qədər vaxt ayrılmalıdır
10:11
İnformatika fənninin tədrisinə nə qədər vaxt ayrılmalıdır
2010-2011-ci dərs ili üçün hazırlanmış "Ümumtəhsil məktəblərinin tədris planları”na əsasən İnformatika fənninin tədrisi üçün aşağıdakıları nəzərə almaq lazımdır:

1.Ümumtəhsil məktəblərinin ibtidai siniflərində (I – III siniflər) İnformatika fənninin tədrisi üçün 1 saat ayrılır;

2. İxtisaslı kadrları olan ümumtəhsil məktəblərinin  IV, V, VI, VII, VIII və IX siniflərində fakültativ, fərdi və qrup məşğələləri üçün ayrılan saatlardan 1 saatı dərs cədvəlinə daxil edilməklə İnformatika fənninin tədrisinə verilir;

Qiymətləndirmə sinif jurnalında "İnformatika” səhifəsində aparılır;

 Praktiki məşğələlər üçün ayrıca saat ayrılmadığına görə sinfin iki qrupa bölünməsi daha məqsədəuyğundur. Məsələn, bu halda sinfin I yarısı kompüterdə praktiki tapşırıqları yerinə yetirə, II yarısı isə müəllimin verdiyi başqa tapşırıqları yerinə yetirir. Sonra qruplar yerlərini dəyişə bilər.

Bir şagirdin bir dərs ərzində fasiləsiz kompüter qarşısında oturmaq müddəti:

1-2 siniflər: 10 dəqiqədən çox olmamalı

3-4 siniflər: 20 dəqiqədən çox olmamalı

5-9 siniflər: 20-25 dəqiqədən çox olmamalı

3. Maddi-tədris bazası və ixtisaslı müəllim kadrları olmaq şərti ilə seçmə fənlərə ayrılan saatlardan 1 saatını informatikanın X-XI siniflərdə tədrisinə ayırmaq olar. Həmin vaxt 1 saat nəzəriyyə və 1 saat praktik məşğələlərə ayrılır. Sinifdə şagirdlərin sayı 15 və daha çoxdursa, praktik məşğələlər keçdiyi zaman sinif iki qrupa bölünür.

 Qeyd: kompüter sinfi olmayan ümumtəhsil məktəblərində İnformatika fənni üzrə praktik məşğələ keçilmir! (başqa sözlə, İnformatikaya həftədə 1 saat vaxt ayrılır).

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 462 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  May 2011  »
B.eÇ.aÇərC.aCŞBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz