Cümə, 29.03.2024, 15:16
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » İyun » 19 » «Elektron təhsil» Respublika müsabiqəsinin yekunu
23:19
«Elektron təhsil» Respublika müsabiqəsinin yekunu
İyunun 18-də Təhsil Nazirliyində «Elektron təhsil» Respublika müsabiqəsinin yekununa həsr olunmuş mərasim keçirilib. İlk öncə «Elektron təhsil» müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı videoçarx nümayiş etdirilib. Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə təşkil edilən müsabiqəyə aprelin 11-də start verilib. «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan,  İntel korporasiyasının «Gələcək üçün təhsil» proqramı, AzEduNet, Ultra, HP, Azerfon-Vodafone və Mədət təşkilatı tərəfindən dəstəklənib. Müsabiqə «Elektron tədris resursları» və «Təhsildə internet texnologiyaları» istiqamətləri üzrə təşkil edilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron resurslardan və internet texnologiyalarından tədris proseslərində istifadə imkanlarını daha da genişləndirmək, bu sahədəki yeniliklər barədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, o cümlədən tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov müsabiqənin keçirilməsində əməyi olanlara, bu işdə yaxından iştirak edən bütün təşkilat və şirkətlərə Azərbaycanın təhsil ictimaiyyəti adından təşəkkürünü bildirib. Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyaları ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib və bugünkü mərasimin həmin tədbirlərin ən önəmlilərindən biri olduğunu vurğulayıb.
«Elektron təhsil» Respublika müsabiqəsinin əhəmiyyətindən söz açan təhsil naziri müsabiqənin qaydaları barədə məlumat verib. Nazir deyib ki, müsabiqədə 5 nominasiya üzrə 601 nəfər iştirak edib və təqdim olunmuş layihələrdən 98-i nominant seçilib. Misir Mərdanov çıxışının sonunda ayrı-ayrı nominasiyalar üzrə qalib gəlmiş şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qeyd edib ki, ölkədə informasiya cəmiyyətinin formalaşmasının əsas istiqamətlərindən biri də təhsilin informasiyalaşdırılmasıdır. Fikrini konkret misallarla əsaslandıran R.Əliquliyev təhsilin informasiyalaşdırılmasının zəruri tərəflərinə toxunub, bu prosesin müasir dövrün başlıca tələblərindən biri olduğunu nəzərə çatdırıb.
Daha sonra müsabiqə qaliblərinə diplom, noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olunub.

Qaynaq: Təhsil Nazirliy

i

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 476 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  İyun 2011  »
B.eÇ.aÇərC.aCŞBa
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz