Cümə axşamı, 18.04.2024, 16:14
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » İyun » 4 » Elektron təhsil müsabiqəsinin nominantları seçildi
23:39
Elektron təhsil müsabiqəsinin nominantları seçildi
Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsi bildirir ki , müsabiqədə iştirak edən layihələrin 2-ci mərhələdə qiymətləndirilməsi əsasında Müsabiqənin Nominantları seçilib. Müsabiqədə iştirak edən 601 Layihədən cəmi 98 Layihə Müsabiqənin Nominantı seçilərək mübarizəni davam etdirmək imkanı qazanıblar . Təşkilat Komitəsinin qərarı ilə ən çox bal toplayan resurslar arasından 1-ci Nominasiya üzrə 30, 2-ci Nominasiya üzrə 22, 3-cü Nominasiya üzrə 32, 4-cü və 5-ci Nominasiyaların hər birisində 7 Nominant yeri müəyyən olunub.
"Elektron Təhsil” Müsabiqəsinin qalibləri səsvermənin sonuncu – 3-cü mərhələsində müəyyən olunacaq. Bu mərhələ 15 iyun 2010-cu il tarixədək yekunlaşacaq. Münsiflər Heyəti bu mərhələdə hər bir Nominasiya üzrə Nominant resurslar arasından .mövcud Kriteriyalar və qiymətləndirmə prinsipləri əsasında qalibləri seçəcəklər .
Bu müddət ərzində qeydiyyatdan keçən iştirakçılar Nominant elan olunan resurslar haqqında öz rəylərini və şərhləri yaza bilərlər.
Qaliblərin mükafatlandırılmasından ibarət olan yekun Təqdimat mərasiminin iyun ayının 20-dək keçirilməsi nəzərdə tutulub.
"2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən "Elektron Təhsil” Müsabiqəsi Microsoft Azərbaycan, Intel korporasiyasının "Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.
"Elektron Təhsil” Respublika Müsabiqəsinin
Təşkilat Komitəsi

Qaynaq: musabiqe.edu.az


Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 662 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  İyun 2011  »
B.eÇ.aÇərC.aCŞBa
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz