Cümə axşamı, 18.04.2024, 04:18
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » May » 5 » “Bilik, bacarıq və qabiliyyət” müsabiqəsi keçirilir
08:28
“Bilik, bacarıq və qabiliyyət” müsabiqəsi keçirilir
Məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar arasında "Bilik, bacarıq və qabiliyyət” müsabiqəsi keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd və vəzifələri uşaqların meyl, maraq, qabiliyyət və istedadlarını üzə çıxarmaq, onların gələcək inkişafını təmin etməkdir. Adıçəkilən müsabiqə xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006 - 2010), Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007 - 2010), o cümlədən "Təhsil haqqında” Qanunun tələblərinə müvafiq olaraq təşkil olunub.
Beş yaşlı uşaqların intellektual, sosial – mənəvi, estetik və psixoloji cəhətdən inkişafını, dərk etmə və nitq qabiliyyətlərinin səviyyəsini müəyyən etmək də əsas məqsədlər kimi yer alıb. 
Müsabiqə musiqi, nitq mədəniyyəti, sadə riyazi təsəvvürlərin inkişafı və rəsm nominasiyaları üzrə keçirilir və 5 – 6 yaşlı uşaqları əhatə edir. Hər dörd nominasiya üzrə məktəbəqədər təhsil müəssisələrində təşkilat komitəsi və münsiflər heyəti yaradılıb. Hər bir nominasiya 3 – bağça, rayon və şəhər mərhələsində təşkil olunub. Artıq nitq mədəniyyəti, musiqi, sadə riyazi təsəvvürlərin inkişafı nominasiyalarına yekun vurulub. Hazırda sonuncu - rəsm  nominasiyası üzrə müsabiqənin rayon mərhələsi keçirilməkdədir.  May ayının ikinci ongünlüyündə isə sözügedən nominasiya üzrə müsabiqənin şəhər mərhələsinin keçirilməsi və beləliklə, müsabiqəyə yekun vurulması gözlənilir.
Məlumat üçün bildirək ki,  musiqi nominasiyasının rayon mərhələsində ümumilikdə 158 nəfərin iştirak edib və onlardan 35 – i mayın 14 – də keçirilən şəhər mərhələsində qalib gəlib. 
Qiymətləndirmədə zamanı mahnı, rəqs, nağıl personajlarının rollarını nümayiş etmək, musiqini tanımaq və mahnını emosional ifa etmək, bəstəkarın adını söyləmək,  musiqinin ritminə müvafiq rəqs elementlərinin yerinə yetirilməsi kimi məsələlərə diqqət yetirilib.
Aprelin 22 - də keçirilən nitq mədəniyyəti nominasiyasının rayon mərhələsində isə 79 nəfər iştirak edib. Onlardan 24 – ü müsabiqənin şəhər mərhələsində qalib yerlərin sahibi olub. Burada isə uşaqların şeir söyləmək, intonasiya, bədii sözlərdən istifadə bacarığı, mövzuya müvafiq hekayə qurmaq, ictimai həyat və təbiət hadisələri haqqında biliklərini nümayiş etdirmək, müxtəlif test tapşırılarını yerinə yetirmək kimi qabiliyyətlərinə fikir verilib.
Mayın 4 - də keçirilən sadə riyazi təsəvvürlərin inkişafı nominasiyasının rayon mərhələsində isə ümumilikdə 65 nəfər iştirak edib. Onlardan 28 nəfəri uğur qazanıb. 
Bu nominasiya üzrə iştirakçıların qiymətləndirilməsi onların proqram materiallarının mənimsənilməsi, test tapşırıqları, kompyuter oyunları, idrakı çalışmalar, zamana və məkana bələd olmaq, forma, ölçü vahidləri, kəmiyyət, toplama, çıxma əməllərinin aparılmasına görə aparılıb. 
Hazırda davam edən rəsm nominasiyasında xüsusilə uşaqların mövzu seçmək bacarığı və mövzunun aktuallığı, texniki və təsviri bacarıq vərdişləri, rənglərin düzgün seçimi, uşaqların sərbəstliyi və işin estetik tərtibatı qiymətləndiriləcək

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 554 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  May 2011  »
B.eÇ.aÇərC.aCŞBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz