Cümə axşamı, 25.04.2024, 09:42
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » Yanvar » 31 » Bakıda "Təhsildə İKT-nin tətbiqi-bilik. təcrübə və texnologiya" adlı sərgisi keçirilib
08:11
Bakıda "Təhsildə İKT-nin tətbiqi-bilik. təcrübə və texnologiya" adlı sərgisi keçirilib
 
 
 
 
 
 
 
 
 
 
 
Bakıda paytaxt məktəblilərinin "Təhsildə İKT-nin tətbiqi – bilik, təcrübə, texnologiya” adlı sərgisi keçirilib.Sərgidə nümayiş olunan işlər 15 bölmə üzrə təqdim olunub. Bunlar Distant Təhsil, Müasir interaktiv sinif, Elektron məktəb, Video - texnologiya təhsildə, 1 şagird - 1 kompüter, İnnovativ məktəb, innovativ müəllim, Ağıllı lövhə - interaktiv sinif və web texnologiyalardır.
Elektron məktəb bölməsində "Elektron məktəb” layihəsində iştirak edən müəllimlər elektron məktəbin imkanlarını nümayiş etdiriblər. Bir qrup müəllim ASM proqramından istifadə etməklə dərs jurnalı ilə işi (mövzuları yazmaq, qiymət qoymaq və s.), digərləri isə AeL proqramının imkanlarından istifadə etməklə MHM - də (Data - mərkəz) elektron resurs yerləşdirmək və oradakı resurslardan istifadə etməyi nümayiş etdirirlər. Məqsəd isə "Elektron məktəb” layihəsinin imkanlarını praktikada nümayiş etdirmək və sistemin işlək olmasını göstərməkdir.
Web - texnologiya (bloqlar) adlı bölmədə isə Bakı şəhəri üzrə məktəblərin müəllim və şagirdlərinin hazırladığı şəxsi internet səhifələri (bloqları) təqdim olunur. Onlar Web - texnologiyalar sahəsində öz işlərini nümayiş etdirirlər. Məqsəd paytaxt məktəblərinin müəllim və şagirdlərinin Web texnologiyalar sahəsində öz işlərini yaymaq və onlarda bu sahədə işlərini daha da genişləndirmək üçün motivasiya yaratmaqdır.
Bölmədə Bakı şəhəri məktəblərinin internet səhifələri də təqdim olunur. Məktəblər Web - texnologiyalar sahəsində öz qabaqcıl təcrübələrini nümayiş etdirir və internet səhifələrinin aktual vəziyyətdə saxlanılması barədə mülahizələrini bildirirlər.

Sərginin rəsmi hissəsindən sonra təhsil naziri Misir Mərdanov və qonaqlar tədbirdə nümayiş olunan son texnologiyalarla tanış olublar.

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 580 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Yanvar 2011  »
B.eÇ.aÇərC.aCŞBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz