Çərşənbə, 08.05.2024, 04:16
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » Mart » 30 » Bakı şəhəri N.A.Əliyev adına 282 №li tam orta məktəb
09:52
Bakı şəhəri N.A.Əliyev adına 282 №li tam orta məktəb
Bakı şəhəri N.A.Əliyev adına 282 №li tam orta məktəb
 
Bu gün Azərbaycan öz təhsil sisteminin inkişaf problemlərini dünyada , o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Azərbaycanda Təhsil İslahatı Proqramının həyata keçirilməsində Respub- likanın digər ümumtəhsil məktəbləri kimi Bakı şəhəri N. A. Əliyev adına 282 № li tam orta məktəbin də özünəməxsus yeri var. Bakı şəhəri N.A.Əliyev adına 282 №li orta məktəb Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşir.Məktəb 1988-ci ildən fəaliyyət göstərir. Məktəb binası 1086 yerlikdir.Məktəb 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir. Hal - hazırda məktəbdə 58 sinifdə 1096 şagird təhsil alır.Onlardan Azərbay- can bölməsi üzrə 47 sinifdə 886 şagird, rus bölməsi üzrə 11 sinifdə 210 şagird təhsil alır. Bu il məktəbdə beş birinci sinif açılmış,həmin siniflərə 107 şagird qəbul edilmişdir. XI siniflərdə isə 84 şagird təhsil alır. Şagirdlərin təlim - tərbiyəsi ilə 192 müəllim məşğul olur ki, onlardan 178 nəfəri ali, 14 nəfəri isə orta ixtisas təhsillidir , 1 nəfər ali kateqoriyalı müəllimdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İbrahimov İsmayıl Əli oğlu Azərbaycan Respublikasının Prezidenti tərəfindən " Tərəqqi " medalına layiq görülmeşdür. N.A.Əliyev adına 282 №li orta məktəb öz fəaliyyətini Azərbaycan Res- publikası Konstitusiyası, Təhsil Qanunu və digər qanunvericilik aktlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Təhsil Nazirliyinin,Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmr və sərəncamları , təlimat məktubları əsasında quraraq tədris prosesinin təkmilləşdirilməsi , icbari orta təhsilin keyfiyyətinin yaxşılaşdırılması , müasir təlim metodları və pedaqoji texnologiyalarının tət- biqi ,peşəkarlıq səviyyəsinin artırılması,onlarda yeni pedaqoji təfəkkürün for- malaşması istiqamətində bir sıra əməli , təşkilati tədbirlər həyata keçirilmişdir. Son 5 ildə m\əktəbimizin 39 nəfər məzunu 600-dən yuxarı balla Respub- likanın müxtəlif ali təhsil ocaqlarına daxil olmuş, 3 nəfər məzunumuz Prezident təqaüdünə layiq görülmüşdür. 2008 – ci ildə məktəbimizin məzunlarının 52,3 %-i , 2009-cu ildə 47,8 % -i , 2010-ci ildə isə 49 %-i ali məktəblərə daxil olmuşdur. 2010-cı ildə 107 nəfər məzunumuzdan 51 nəfəri ali məktəblərə qəbul edilmişdir ki, onlardan 4 nəfəri 600-dən yuxarı, 22 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.Sevindirici haldır ki, bu il məzunu Əliyev Nizami Yaqub oğlu 690 bal toplayaraq Prezident yanında ali İdarəçilik Akademiyasına daxil olmuş və Prezident təqaüdünə layiq görülmüşdür . Məktəbimiz ali məktəblərə qəbulun nəticələrinə görə Suraxanı rayonu və Bakı şəhəri üzrə qabaqcıl yerlərdən birini tutur. Məktəbdə şagirdlərdə vətənpərvərlik,azadfikirlilik,sərbəstlik və müstə- qillik vərdişlərinin aşılanması,onların milli-adət-ənənələrimiz ruhunda tərbiyə edilməsi məqsədi ilə 1 sıra sinifdənxaric və məktəbdənkənar tədbirlər təşkil edilmişdir.Bu baxımdan " İlk zəng - Bilik günü ", " 5 oktyabr – Müəllim günü ” , 18 Oktyabr - Müstəqillik günü nə həsr edilçiş " Müstəqilliyimiz əbədidir ", " Konstitusiya günü ", 17 noyabr - Milli Dirçəliş günü " Dünya Azərbaycanlılarının həmrəylik günü " , 20 yanvar faciəsinə həsr esilmiş " Şəhidlər ölməzlərdir ”, Xocalı soyqırımına həsr edilmiş - " Xocalı - Qan yaddaşımızdır ", " 31 mart- soyqırımı günüdür ",Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87 illik yubileyi, 28 May Respublika günü ilə əlaqədar keçirilən tədbirlər xüsusi ilə yaddaqalan olmuşdur. Şagirdlərin asudə vaxtlarının təşkili ilə əlaqədar " Qız qalası " , Tarix muzeyi , " Şirvanşahlar sarayı " na, " Atəşgah " a ,” Qobustan " a , " Nəbatat bağı " na ekskursiyalar təşkil edilmişdir. Şagirdləri hərbi vətənpərvərlik ,vətənə məhəbbət ruhunda tərbiyə etmək, həmçinin onlarda dözümlülük,çeviklik, cəsurluq kimi keyfiyyətlər aşılamaq məqsədi ilə keçirilən idman tədbirlərində də şagirdlərimizin fəal iştirakı təmin edilmişdir. Belə ki, məktəblilərin rayon spartakiadasının proqramına daxil olan bütün yarışlarda,o cümlədən yüngül atletika,kross,volebol,əl topu stolüstü tennis, şahmat, dama yarışlarında , Şahin ",” Cəsurlar " hərbi - idman oyunlarında məktəb fəal iştirak etmişdir. Məktəbimizin komandası Suraxanı rayon orta ümumtəhsil məktəblərinin XXII Spartakiadasının proqramına daxil olan " Basketbol " idman növü üzrə rayon birinciliyində və " Dama " idman növü üzrə rayon birinciliyində I yerə layiq görülmüşdür. " Cəsurlar " və " Şahin " hərbi - idman oyunları üzrə rayon birinciliyində xüsusi ilə fərqləndiyinə görə diplomla təltif edilmişdir. Məktəbimizin idmançı şagirdi Məlikova Zümrüd şəhər birinciliyində və Beynəlxalq yarışlarda xüsusi ilə fərqləndiyinə görə I yeri tutmuş , medal və diplomlara layiq görülmüşlər. VIII c sinif şagirdi Camalov Allahverdi yoqa idman növü üzrə respublika çempionu olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə təsdiqlənən " Xüsusi istedada malik uşaqların yaradıcılıq potensiallarının inkişafı üzrə Dövlət Proqramı " na uyğun olaraq məktəbdə bu istiqamətdə məqsədyön- lü iş aparılır.Belə ki, istedadlı şagirdlərin üzə çıxarılması,onların ayrı-ayrı müsabiqə və yarışlarda ,olimpiadalarda iştirakının təmin edilməsi yönü- mündə tədbirlər həyata keçirilmişdir.” Biz Heydər Əliyev irsini öyrənirik "- istiqamətində keçirilən inşa müsabiqəsinin rayon mərhələsində XI sinif şagirdi Məlikzadə Sona , IX sinif şagirdi Məmmədova Rövşanə Elman qızı " Azərbaycan Gəncləri Narkotiklər Əleyhinə " mövzusunda keçirilən inşa müsabiqəsində, IX sinif şagirdi Abdullayeva Fidan Ədalət qızı 20 yanvar faciəsinə həsr edilmiş " Xalqın azadlığı və suverenliyi uğrunda canını qurban verənlər " mövzusunda keçirilən inşa müsabiqəsində Bakı şəhəri üzrə I , Abdullayeva Aydan Ədalət qızı Xocalı faciəsinə həsr edilmiş " Müharibə uşaqların gözü ilə " mövzusunda keçirilən inşa müsabiqəsində I yeri tutmuş- lar. " 9 noyabr – Azərbaycan Dövlət bayrağı günü " nə həsr edilmiş " Mənim Bayrağım " mövzusunda rayon orta məktəb şagirdləri arasında keçirilən rəsm müsabiqəsində VII b sinif şagirdi Əliyeva Tamara Xocalı faciəsinə həsr edilmiş rəsm müsabiqəsində, 3 a sinif şagirdi Hüseynova Samirə " Oriqami " təşki- latının keçirdiyi " Xocalı faciəsinə " həsr edilmiş rəsm müsabiqəsində xüsusilə fərqlənərək diploma layiq görülmüşlər. Məktəbin III sinif şagirdi Hüseynova Samirənin rəsmdən əl işlərinin sərgisi təşkil olunmuş, " Azərpress internet saytında,” Xəzər " TV-də tədbir öz əksini tapmışdır. Məktəbin IX b sinif şagirdi Əliyeva Türkanə Əmrah qızı Azərbaycan dili və ədəbiyyatdan,rus bölməsinin X a sinif şagirdi Quliyeva Əsmər Məhərrəm qızı biologiya fənni üzrə keçirilən fənn olimpiadasının şəhər mərhələsində I yeri tutmuş, Bakı şəhəri üzrə Təhsil İdarəsinin diplomu ilə təltif edilmişdir. Son illərdə təlimin yeni metodlarından istifadə edilməsi sahəsində qabaqcıl kollektiv xeyli iş görmüş və uğurlar qazanmışdır. İKT-nin inkişaf proqramı ilə əlaqədar olaraq Azərbaycan Respubli – kası Prezidenti İlham Əliyevin '' Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının (2005-2007- ci illər ) təsdiq edilməsi haqqında " sərənca - mından irəli gələn vəzifələri layiqüincə yerinə yetirmək üçün məktəbdə nəzərə çarpacaq dərəcədə işlər görülmüşdür.Məktəbdə 57 ədəd kompüter avadanlığı quraşdırılmışdır. 4 kompüter otağı şagirdlərin istifadəsinə verilmişdir.16 ədəd kompüter internet şəbəkəsinə qoşiulmuşdur. 1 kom - püter otağı bütün f ənlərin tədrisi üçün təşkil edilmişdir.Müəllimlərimiz ayrı-ayrı fənlərin tədrisində İKT-dən,elektron dərsliklərdən sərbəst istifa - fadə etməyi bacarırlar. Məktəbin 77 nəfər müəllimi "Mədət və " İntel " – Gələcək üçün təhsil kurslarından keçmişdir.Bu istiqamətdə işlər yenə də dаvam etdirilir . Məktəb müasir təlim texnologiyalarının tətbiqi üzrə " İntel " - Gələcək üçün təhsil , Vidipediya "-İnternetdə olan ensiklopediya " " İEARN " proqram layihələrində iştirak etmişdir. Məktəbin 4 nəfər şagirdi" Azərbaycanın gənc kompüter istedadları- 2007 " müsabiqəsində iştirak etmiş , və Təhsil Nazirliyinin sertifikatını almışdır. 28 yanvar 2011-ci il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkil Etdiyi " Təhsildə İKT-nin tətbiqi – bilik,təcrübə,texnologiya " – adlı praktik konfrans - sərgidə məktəbimizin informatika müəllimi Musayeva Gülər Əli qızı həm işçi qrupunun üzvu kimi, həm də " Antivirus proqramları " layihəsi ilə iştirak etmiş və final mərhələsinə çixmışdır. Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq Respub- lika üzrə keçirilən " İlin ən yaxşı məktəbi " , " İlin ən yaxşı müəllimi " ğ müsabiqələrində məktəbimiz " İlin ən yaxşı məktəbi ", 1 nəfər müəllimimiz  Gülər Musayeva  " İlin ən yaxşı müəllimi " müsabiqəsində iştirak edir. Bütün bu uğurların qazanılmasında həm Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həm də Suraxanı rayon İcra Hakimiyyətinin, şəxsən rayon İcra Hakimiyyə - tinin Başçısı cənab İlqar Abbasovun diqqət və qayğısının nəticəsidir. Məktəbimizin pedaqoji kollektivi bir daha Sizi əmin edir ki,bundan sonra da gənc nəslin təlim-tərbiyəsi ilə var qüvvə ilə çalışacaq, daha böyük uğurlar əldə edəcəkdir.

Bölmə: Bizim məktəbimiz| Yüklənib: 633 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Mart 2011  »
B.eÇ.aÇərC.aCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz