Çərşənbə, 24.04.2024, 10:55
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » Mart » 30 » Bakı şəhəri N.A.Əliyev adına 282 №li orta məktəb haqqında MƏLUMAT
09:48
Bakı şəhəri N.A.Əliyev adına 282 №li orta məktəb haqqında MƏLUMAT

Bakı şəhəri N.A.Əliyev adına 282 №li orta məktəb haqqında MƏLUMAT Bakı şəhəri,Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi " D " yaşayış sahəsində yerləşən 282 №li orta ümumtəhsil məktəbi 1988-ci ildən fəaliyyət göstərir. Məktəb binası 1086 yerlikdir.Məktəb 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir. Hal - hazırda məktəbdə 58 sinifdə 1116 şagird təhsil alır.Onlardan Azərbay- can bölməsi üzrə 47 sinifdə 906 şagird, rus bölməsi üzrə 11 sinifdə 210 şagird təhsil alır. Bu il birinci sinfə Məktəb 2 növbəlidir. Birinci növbədə 43 sinifdə 816 şagird, ikinci növbədə 15 sinifdə 300 şagird təhsil alır. Dərslər Azərbaycan və rus dilində keçirilir. Məktəb bütün ixtisas müəllimləri ilə tam təmin olunub. Məktəbdə 188 nəfər müəllim çalışır.Məktəbin müəllim-şagird nisbəti 1: 6 təşkil edir. Təhsilə yaradıcı münasibət və yeni düşüncə nəticəsində məktəbimizin müəllim və şagirdlərində elmə , təhsilə maraq xeyli artmış, müəllimlərin elmi pedaqoji ustalığı yüksəlmiş , şagirdlərin dərsə davamiyyəti yaxşılaşmış , təlim göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmişdir. Məktəbimizin pedaqoji kollek - tivi Azərbaycanda təhsil islahatlarının həyata keçirilməsində fəal iştirak edir. Məktəbin illik planına müvafiq olaraq təlim - tərbiyə prosesi və ona nəzarət məktəb rəhbərliyinin daim diqqət mərkəzində olmuş və bu istiqamətdə xeyli işlər görülmüşdür : Məktəbdə metodiki xidmətin səmərəli formalarının axtarılıb tapılması istiqamətində mühüm işlər görülmüşdür.Belə ki , məktəbdə metodiki işləri planlaşdırmaq,xüsusi ilə təhsil sahəsində müasir yanaşmalar,Təhsildə Kurrikulum İslahatı prinsiplərinin,müddəalarının müəllim və şagirdlər tərəfindən hərtərəfli öyrənilməsini təşkil etmək ,onların təcrübədə tərbiqi ilə əlaqədar qarşıda duran vəzifələri yerinə yetirmək məqsədi ilə metodiki şura yaradılmışdır. Мetodiki şuraya məktəbin fənn metodbirləşmələrinin rəhbərləri qabaqcıl fənn müəllimləri daxil edilmişdir. Məktəbdə istedadlı şagirdlərin müəyyənləşdirilməsi məqsədi ilə keçirilən məktəblilərin fənn olimpiadasına diqqət аrtırılmışdır. Məktəblilərin fənn olimpiadasının məktəb və şəhər turunda şagirdlərimiz fəal iştirak etmişlər. Əldə etdiyimiz uğurlar məhz bu sahədə də özünü biruzə verir. Fənn olimpiadaları istedadlı şagirdlərin üzə çıxarılmasında, onların yaradıcılıq imkanla- rının inkişaf etdirilməsində bizə təhsildə keyfiyyətin artırılmasına kömək edir. 2010-cu ildə keçirilən şəhər olimpiadasında məktəbimizin sinif şagirdləri Səfərova Lalə və Əliyeva Türkanə Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadanın şəhər turunda iştirak etmiş I yeri tutmuşdur. Məktəbdə şagirdlərin meyl,maraq və qabiliyyətlərinin öyrənilməsi, müxtəlif Psixoloji testlərin keçirilməsi və şagirdlərin psixoloji xəritələrinin hazırlanması məqsədi ilə psixoloji xidmətə diqqət artırılmış, Uşaq Hüquqları Konvensiya – sının müddəalarının , müəllim və şagirdlərin hərtərəfli öyrənilməsi, onların təcrübədə tətbiqi , həmçinin interaktiv təlim metodlarının tətbiqi ilə bağlı xeyli işlər görülmüşdür. Məktəbdə hər il şagirdlərdə vətənpərvərlik,azadfikirlilik sərbəstlik və müstəqillik vərdişlərinin aşılanması , həmçinin onlarda estetik dünyagörüşünün formalaşdırılması, məllumat dairəsinin genişləndirilməsi ,onların milli adət - ənənələrimiz və vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi ilə bir sıra sinifdənxaric və məktəbdənkənar tədbirlər təşkil edilir.Bu baxımdan '' Konstitusiya günü'' , '' Dünya Azərbaycanlılarının həmrəylik günü '' , 20 yanvar faciəsi, Xocalı soqırımı, 31 mart soyqırımı günü ilə əlaqədar keçirilən hərbi vətənpərvərlik tədbirləri xüsusi ilə yaddaqalan olmuşdur. Məktəbdə həmçinin '' İlk zəng '' ,'' Мüstəqilliyimiz əbədidir '' ," Miili Dirçəliş günü '' , '' Dünya Azərbaycanlılarının həmrəylik güınü " nə 20 Yanvar faciəsinə həsr olunmuş '' Biz Sizə borcluyuq igid şəhidlər '' , '' Хocalı – qan yaddaşımız '' , Novruz bayramına həsr olunmuş '' Elimizə bahar gəlir '' kimi sinifdənxaric tədbirlər , şagirdlərin rəsm işlərinin sərgisi , Qız qalası Şirvanşahlar sarayı , Tarix muzeyi , '' Atəşgah'' а , '' Qobustan '' а, '' Nəbatat bağı '' na şagirdlərin ekskursiyaları təşkil edilmiş və digər məktəbdənkənar tədbirlər keçirilmişdir. Heydər Əliyevin anma mərasimi məktəbdə hər il qeyd olunur. Bu mərasim üçün məktəbdə inşa və şeir müsabiqələri keçirilir, stendlər, sinif divar qəzetləri tərtib olunur. H.Əliyevin həyatına həsr olunmuş guşələr təşkil edilir. Şagirdlər bu tədbirə çox böyük məsuliyyətlə yanaşırlar. Şagirdlərimizi hərbi vətənpərvərlik,Vətənə məhəbbət ruhunda tərbiyə etmək , həmçinin onlara dözümlülük, çeviklik, cəsurluq kimi keyfiyyətləri aşılamaq məqsədi ilə keçirilən idman tədbirlərində şagirdlərin fəal iştirakı təşkil edilmişdir.Cari dərs ilində məktəblilərin rayon spartakiadasının proqramına daxil olan bütün yarışlarda , о cümlədən yüngül atletika, kross,volebol ,əl topu, stolüstü tennis , şahmat, dama yarışlarında, " Cəsurlar”, '' Şahin '' hərbi-idman oyunlarında məktəb fəal iştirak etmişdir. " Cəsurlar " və " Şahin " hərbi-idman oyunlarında fəal iştirakına görə məktəbimizin komandaları diplomla təltif edilmiş- dir.2 şagirdimiz Beynəlxalq Şahmat yarışının qalibi olmuşdur. Hər il ərzində 2-3 dəfə məktəbə kiçik yaşlılarla iş aparan polis əməkdaşlarını dəvət edib şagirdlərlə görüş təşkil edirik. Bu görüşlərin şagirdlərin formalaşmasında çox köməyi olur. Təhsilin məzmun və keyfiyyətini yaxşılaşdırılması məktəbimizin qarşısında duran ən ümdə vəzifələrdən biridir. Keçirilən açıq dərslər, " Açıq qapı” günü , dəyirmi masalar, görüşlər, keçilən fənn gecələri məktəbdə təhsilin məzmun və keyfiyyətinin yaxlışmasına kömək edir. Təhsilin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar olaraq dərslərdə yeni təlim metodlarından bacarıqla istifadə edilməsinə ciddi fikir verilmiş, müəllimlərin ixtisasartırma kurslarına göndərilməsi işi lazımi səviyyədə təşkil edilmişdir.İbtidai sinif müəllimləri, xüsusi ilə də I siniflərdə dərs deyən müəllimlər kurrikulum kursundan keçmişdir. Hər il olduğu kimi bu il də fənlər üzrə Açıq dərslər keçirilmişdir. Açıq dərslərin keçirilməsi I və II yarımilləri əhatə edir. Açıq dərslərdə həm müəllim- lərin, həm də şagirdlərin fəallığı nəzərə çarpır. Qeyd edim ki, açıq dərslər interaktiv təlim metodları əsasında qurulur. Müasir informasiyalaşmış dünyada şagirdləri təhsilə cəlb etmək, onlarda maraq yaratmaq üçün mütləq təhsildə yeni metodlardan istifadə edirik. Dərs ili müddətində vaxtaşırı ayrı-ayrı fənn müəllimlərinin: Məktəbin ədəbiyyat müəllimi Şəhla Zahidovanın "Qaytar ana borcunu ",tarix müəllimi Nərgiz Müzəffərovanın " Manna dövləti ", Nuriyyə Ağayevanın " Səfəvilər dövləti " ibtidai sinif müəllimi Sədaqət Ələkbərovanın 3 b sinfində N.Gəncəvinin " Payız yetişəndə ",informatuka müəllimi Gülər Musayevanın 8a sinfində " İnformasiyanın əsas xassələri,ibtidai sinif müəllimi Cəfərova Bədirnisənin ana dilindən " Novruz bayramı " mövzusunda açıq dərsləri keçirilmiş və geniş şəkildə müzakirə edilmiş, təhlil edilmiş, dərslərin müsbət və mənfi cəhətləri qeyd edilərək müəllimlərə lazımi məsləhətlər verilmişdir. Müəllimlərin gündəlik fəaliyyətlərinin öyrənilməsi, onların müxtəlif mövzuda metodik yaradıcılıq fəaliyyətinə cəlb edilmələri istiqamətində də məqsədyönlü iş aparılır. Məktəbin informatika müəllimi Gülər Musayevanın, Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Zahidovun, coğrafiya müəllimi Roza Pirverdiyevanın, riyaziyyat müəllimi Şükür İsgəndərovun, qabaqcıl iş təcrübəsi öyrənilmiş və məktəb müəllimləri arasında yayılması təşkil edilmişdir. Məktəbdə hər ay keçirilən "Açıq qapı” günü artıq bir ənənə halını almışdır. Əsas məqsəd müəllimlərlə valideynlərin ünsiyyətini qurmaq, yüksək keyfiyyət əldə etmək, təhsildə yaranan çatışmamazlıqları aradan qaldırmaqdan ibarətdir. Bu işdə şagirdlərimizə verilən ən yüksək tələb səylə oxumaqdır. Məktəb qəbul imtahanlarının nəticələrinə görə ön sıralarda gedir. 600-dən çox bal toplayanlar 2008-cı ildə 10 nəfər, 2009-cu ildə 6 nəfər, 2010-ci ildə 4 nəfər olmuşdur.Onlardan bir nəfəri Əliyev Nizami Yaqub oğlu 690 bal topla- yaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiya- sına qəbul edilmiş,Prezident təqaüdünə layiq görülmüşdür.Məktəbin orta balı 2008-ci ildə 300.7111; 2009-cu ildə 277.353 ; 2010-cu ildə 267,422 bal olmuşdur. Məktəbdə müasir təlim metodları və pedaqoji texnologiyaları müntəzəm olaraq öz işinə tətbiq edən, İKT-dən istifadə etmək bacarıqlarına yiyələnmiş müəllim kadrları cəmləşmişdir.İKT-nin inkişaf proqramı ilə əlaqədar Respublika Prezidentinin imzaladığı sərəncamdan irəli gələn vəzifələri layiqincə yerinə yetirmək üçün məktəbimizdə nəzərə çarpacaq işlər görülmüşdür. Məktəbdə 58 kompüter avadanlığı quraşdırılmış,4 kompurer otağı şagird- lərin istifadəsinə verilmişdir. 1 kompüter otağı bütün f ənlərin tədrisi üçün təşkil edilmişdir.Müəllimlərimiz ayrı-ayrı fənlərin tədrisində İKT-dən,elektron dərslik- lərdən sərbəst istifafadə etməyi bacarırlar. Məktəb müasir təlim texnologiyalarının tətbiqi üzrə " İntel " – Gələcək üçün təhsil , Vidipediya " – İnternetdə olan ensiklopediya " , " İEARN " proqram layihələrində iştirak etmişdir. Məktəbin 4 nəfər şagirdi" Azərbaycanın gənc kompüter istedadları 2008 " müsabiqəsində iştirak etmiş, və Təhsil Nazirliyinin sertifikatını almışdır.Təhsil Nazirliyi tərəfindən məktəbə İnternet xətti və lokal şəbəkə çəkilmişdir.Məktəbin 105 müəllimi " Mədət " və " İntel – Gələcək üçün təhsil " kurslarından keçmişdir. Fərəhləndirici haldır ki,Respublika üzrə " İntel – Gələcək üçün təhsil " kurslarının trenerlərindən biri məktəbimizin informatika müəllimi Gülər Musaye vadır. İstedadlı şagirdlərlə işin təşkili normal səviyyədə olmuşdur. Məktəbin III sinif şagirdi Hüseynova Samirənin rəsmdən əl işlərinin sərgisi təşkil olunmuş, " Azərpress internet saytında,” Xəzər " TV-də tədbir öz əksini tapmışdır. Məktəbin 9d sinif şagirdi Kərimov Elşən Kiyev şəhərində keçirilən beynəlxalq turnirdə iştirak etmiş, I-yeri tutmuşdur. 7 a sinif şagirdi Məlikova Zümrüd Yaponiyada taekfando üzrə turnirdə II-yeri tutub.VII c sinif şagirdi Camalov Allahverdi yoqa idman növü üzrə respublika çempionu olmuşdur. Məktəbdə kitabxanasının fəaliyyəti də qənaətbəxşdir. Şagirdlər istədikləri zaman hər cür ədəbiyyatla təmin olunurlar. Dərs ilinin başlanğıcında bütün şagirdlərimiz dərsliklə təmin olunmuşdur. Kitabxananın latın qrafikli zəngin bədii fondu var. Müxtəlif tədbirlər keçirilərkən, əlamətdar günlər qeyd olunarkən kitabxana fondundan hərtərəfli şəkildə istifadə olunur. Ümumiyyətlə,məktəbimizin şagird kollektivinin milli – mənəvi dəyərlərə yiyənməsində, onların gələcək Azərbaycan vətəndaşı kimi formaşmasında kitabxananın çox böyük rolu var.

Bölmə: Bizim məktəbimiz| Yüklənib: 1685 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Mart 2011  »
B.eÇ.aÇərC.aCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz