Çərşənbə, 24.04.2024, 00:34
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » Aprel » 28 » Azərbaycanda ilk səslə idarə edilən mini kompüterlər hazırlanıb
10:15
Azərbaycanda ilk səslə idarə edilən mini kompüterlər hazırlanıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın NeyroTex şirkəti tərəfindən kor və görmə qabiliyyəti zəif olan insanlar üçün dünyada ilk dəfə olaraq səslə idarə edilən mini kompüterin sınaq nümunələri hazırlanıb.
Yeni mini kompüteri yaratmaqda məqsəd kor və görmə qabiliyyəti zəif olan insanlara informasiya və kommunikasiya texnologiyalarından bərabər hüquqlu istifadəni təmin etməkdir. Yeni qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsi ilə idarə olunması ilə fərqlənir. Kompüterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir.
Mini kompüter səsli əmrlər vasitəsilə, online rejimdə son yeniliklərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, bundan əlavə, telefon zənglərini qəbul etmək və onları cavablandırmaq kimi imkanlarla da təchiz olunub. Gələcəkdə nitqin kompüter vasitəsi ilə rus və ingilis dilinə tərcüməsi nəzərdə tutulub. (www.dilmanc.az saytın materiallardan götürülüb)

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 537 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Aprel 2011  »
B.eÇ.aÇərC.aCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz