Cümə, 26.04.2024, 06:37
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » İyun » 10 » Azərbaycan müəllimləri rəsmi elektron poçt ünvanları ilə təchiz olunacaq
23:25
Azərbaycan müəllimləri rəsmi elektron poçt ünvanları ilə təchiz olunacaq
Azərbaycan müəllimləri rəsmi elektron poçt ünvanları ilə təchiz olunacaq. Təhsil Nazirliyi, "Microsoft Azərbaycan” şirkətinin və "MƏDƏD Azərbaycan” təşkilatının birgə layihəsi çərçivəsində "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan müəllimləri rəsmi elektron poçt ünvanları ilə təchiz olunacaq. İKT İnformasiya Mərkəzindən "APA-ECONOMICS”ə verilən məlumata görə, "Microsoft Azərbaycan” şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəllimlərin poçt ünvanları teacher.edu.az domen adı altında açılacaq. Elektron poçt ünvanları Microsoft Live@Edu texnoloji platformasının bazasında işləyəcək.

İlkin mərhələdə "Microsoft” korporasiyasının "Təhsildə Əməkdaşlıq” proqramı çərçivəsində "MƏDƏD Azərbaycan” təşkilatı ilə birlikdə "Elektron Məktəb” pilot layihəsinə qoşulmuş məktəblərin müəllimləri üçün Live@Edu platforması bazasında elektron poçtların istifadəsi üzrə xüsusi təlimlər keçiləcək.

Sonrakı mərhələdə dövlət proqramı çərçivəsində müəllimlər və inzibati işçilər üçün Mədəd Azərbaycan təşkilatı tərəfindən keçirilən təlimlərdə iştirak edənlər də rəsmi elektorn poçt ünvanı alacaqlar. ad.soyad@teacher.edu.az kimi elektron poçt ünvanlarının olması müxtəlif səviyyələrdə kommunikasiyalar üçün yeni imkanlar yaradacaq. Elektron poçt vasitəsilə müəllimlər öz aralarında əlaqələri daha da genişləndirəcək. Vahid elektron poçt ünvanları reyestrinin olması məktəblər, rayon təhsil şöbələri, Təhsil nazirliyi səviyyəsində məlumatlandırmanın sistemli və mərkəzləşdirilmiş qaydada həyata keçirməyə imkan verəcək.

Microsoft Live@Edu xidməti çərçivəsində Azərbaycan müəllimləri həmçinin fərdi elektron təqvim, şəbəkələşmə, ani ismarıc, 25Gb İnternet sahə və Microsoft Office proqramlar dəstinin online versiyalarını əldə edəcəklər. Burada müəllimlər həm birin-birə həm qrup şəklində əməkdaşlıq qura biləcək, iri həcmli fayllarla bölüşmək və fayllar üzərində müştərək işləmək imkanı alacaqlar. Son nəticədə bütün müəllimlərin fərdiləşdirici elektron ünvanı olması Azərbaycan təhsil sistemində korporativ münasibətlərin formalaşdırılmana şərait yaradacaq.

Məktəblər öz pedaqoji kollektivləri üçün rəsmi elektron ünvan almaq üçün administrator@teacher.edu.az ünvanına müraciət edə bilərlər.

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 508 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  İyun 2011  »
B.eÇ.aÇərC.aCŞBa
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz