Cümə, 26.04.2024, 13:39
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » Aprel » 5 » Aprelin 5-də “Kasperski Laboratoriya” antivirus kompaniyasının baş direktoru Yevgeni Kasperskinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş
08:22
Aprelin 5-də “Kasperski Laboratoriya” antivirus kompaniyasının baş direktoru Yevgeni Kasperskinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş
 
Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirən nazir Azərbaycanda tədris ocaqlarının kompüter texnologiyaları ilə təminatı məsələsinə xüsusi diqqət yetirildiyini, məktəblərin internetə çıxış imkanlarının artdığını və daxili şəbəkələrin internet təhlükəsizliyinin qorunması üçün antivirus proqramlarından istifadə edildiyini nəzərə çatdırıb.
Rəhbərlik etdiyi qurumun internet təhlükəsizliyi texnologiyaları üzrə ixtisaslaşdığını qeyd edən "Kasperski Laboratoriya” antivirus kompaniyasının baş direktoru Yevgeni Kasperski kompüter viruslarına qarşı lisenziyalı müdafiənin üstünlükləri haqqında fikirlərini söyləyib. Müxtəlif ölkələrdə həyata keçirdikləri layihələrdən söz açan qonaq "Kasperski Laboratoriya”nın təqdim etdiyi xidmət növləri barədə ətraflı məlumat verib və Azərbaycanda ayrı-ayrı dövlət qurumları ilə əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını vurğulayıb.
"Kasperski Laboratoriya” antivirus kompaniyasının göstərdiyi xidmətlərin maraq doğurduğunu qeyd edən Misir Mərdanov Təhsil Nazirliyinin İKT üzrə müvafiq mütəxəssisləri ilə müzakirələr aparılmasının gələcək əməkdaşlığa müsbət təsir göstərəcəyinə inandığını bildirib. Azərbaycanda məktəblərin internet şəbəkələrinin təhlükəsizliyinin daha etibarlı təmin olunmasının vacibliyini vurğulayan nazir ölkəmizin orta məktəblərində bu baxımdan görülmüş işlər haqqında da məlumat verib.

Mənbə www.edu.gov.az

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 441 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Aprel 2011  »
B.eÇ.aÇərC.aCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz