Cümə, 29.03.2024, 02:17
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » May » 1 » Aprelin 29-da Təhsil Nazirliyində “Şahmat dünyası” multimedia sisteminin təqdimat mərasimi keçirilib.
10:23
Aprelin 29-da Təhsil Nazirliyində “Şahmat dünyası” multimedia sisteminin təqdimat mərasimi keçirilib.
Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin hər zaman idmanın inkişafına xüsusi qayğı göstərdiyini vurğulayan nazir ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətində də bu sahəyə xüsusi önəm verildiyini nəzərə çatdırıb.
Azərbaycanda sevilən idman növlərindən biri olan şahmatın inkişaf yolu, müstəqillik illərində qazanılan uğurlar haqqında ətraflı məlumat verən təhsil naziri bu dövrdə idmançılarımızın Dünya və Avropa birinciliklərində 33 qızıl, 25 gümüş, 24 bürünc medal qazandığını qeyd edib. Azərbaycanın Beynəlxalq Şahmat Federasiyasının (FİDE-nin) reytinq cədvəlinə görə 159 ölkə arasında 9-cu yerdə qərarlaşdığını söyləyən nazir dünyanın 20 ən güclü şahmatçıları sırasında Şəhriyar Məmmədyarovun 8-ci, Vüqar Həşimovun 11-ci, Teymur Rəcəbovun isə 12-ci yerə yüksəldiyini bildirib.
Xalqın intellektual səviyyəsini nümayiş etdirən idman növü kimi ölkəmizin beynəlxalq səviyyədə tanınmasında şahmatın rolundan bəhs edən Misir Mərdanov bu baxımdan 2002-ci ildə Bakıda gənclər arasında Avropa, 2003-cü ildə isə Naxçıvanda keçirilən Dünya çempionatları və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş mötəbər Beynəlxalq turnirlərin əhəmiyyətinə toxunub. Ölkə Prezidentinin 5 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirləri nəzərə çatdıran təhsil naziri son illər nəinki paytaxtımızda, eləcə də regionlarda şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir inventar və kompüter avadanlıqları ilə tam təmin olunması istiqamətində görülmüş işləri sadalayıb. Bütün bunların şahmatçılarımızın beynəlxalq yarışlarda daha parlaq uğurlara imza atmasına zəmin yaratdığını bildirən nazir məktəblilərin 2009-cu ildə Avropa və Dünya birinciliklərində 5, 2010-cu ildə isə 15 medal qazandıqlarını diqqətə çatdırıb.
Misir Mərdanov şahmat sahəsində formalaşmış ənənənin davam etdirilməsi üçün görülən işlərdən biri kimi "Şahmat dünyası” multimedia sisteminin hazırlanmasını yüksək dəyərləndirib, dünya təcrübəsinə əsaslanan bu tədris vəsaitinin sanballı əyani bir vəsait olacağına inamını ifadə edib. Elektron vəsaitə Azərbaycan şahmatçılarının yaradıcılığı, debüt hazırlığı, taktika və kombinasiyalar, şahmat praktikasında rast gəlinən mübahisəli hallar, dünya çempionlarının 101 miniatürü və digər bölmələrin daxil edildiyini söyləyən nazir bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib, "Şahmat dünyası” multimedia sisteminin II hissəsinin də hazırlanacağı barədə məlumat verib.
Azərbaycan şahmatçılarının hələ ötən əsrin 70-80-ci illərindən başlayaraq dünya arenasında tanındığını qeyd edən təhsil nazirinin müavini Elmar Qasımov son illər məqsədyönlü dövlət qayğısı sayəsində bu istiqamətdəki nailiyyətlərimizin daha da artdığını nəzərə çatdırıb. Nazir müavini bildirib ki, həyata keçirilən möhtəşəm tədbirlərin nəticəsidir ki, Azərbaycanda şahmatın kütləviliyi artıb, şahmat məktəbləri müasir texnologiyalarla təmin olunub və elektron vəsaitlər hazırlanaraq gənc şahmatçıların istifadəsinə verilib.
Daha sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, "Çaşıoğlu-Multimedia” Şirkətinin direktoru Rəhilə Səfərəliyeva, Şamaxı Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Asif Ağayev çıxış edib, "Şahmat dünyası” multimedia sisteminin istifadəyə verilməsinin şahmatın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Sonda təhsil naziri Misir Mərdanov "Şahmat dünyası” multimedia sisteminin ilk nüsxələrini gənc şahmatçılara təqdim edib və onlara yeni-yeni uğurlar arzulayıb.

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 463 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  May 2011  »
B.eÇ.aÇərC.aCŞBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz