Cümə, 26.04.2024, 22:11
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » Aprel » 25 » Aprelin 23-də “Ləndmark” otelinin “Rotunda” zalında uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi
10:04
Aprelin 23-də “Ləndmark” otelinin “Rotunda” zalında uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi

Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, maliyyə nazirinin müavini Azər Bayramov, Könüllü Hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinin sədri Novruzəli Orucov, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Səbail rayon icra hakimiyyəti başçısının müavini Xalidə Bayramova iştirak ediblər.
Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov açaraq qonaqları və sərgi iştirakçılarını salamlayıb, keçirilmiş müsabiqə barədə ətraflı məlumat verib. Texniki yaradıcılıq mərkəzlərində məşğul olan 8-18 yaşlı uşaq və yeniyetmənin iştirak etdiyi müsabiqənin 3 mərhələdə təşkil olunduğunu deyən E.Qasımov I mərhələnin bu ilin fevralında rayon və şəhərlər üzrə, II mərhələnin fevral-mart aylarında 9 zona üzrə 300 məktəblinin iştirakı ilə keçirildiyini bildirib. Nazir müavini aviamodel, kosmik raket modeli, avtomodel, gəmi modeli və radiotexnikanın 5 növü üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin respublika mərhələsində ölkənin 45 rayon və şəhərini təmsil edən 185 məktəblidən 45 nəfərin qalib adına layiq görüldüyünü nəzərə çatdırıb. Elmar Qasımov çıxışının sonunda qalibləri təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.
Sonra qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra iştirakçılar uşaqların əl işlərindən ibarət sərgidə nümayiş etdirilən eksponatlara baxıblar.

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 551 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Aprel 2011  »
B.eÇ.aÇərC.aCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz