Çərşənbə axşamı, 16.04.2024, 22:51
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » Avqust » 12 » 2011-2012-ci tədris ilinə dövlət vəsaiti hesabına dərslik, müəllim üçün metodik vəsaitin çapı
23:45
2011-2012-ci tədris ilinə dövlət vəsaiti hesabına dərslik, müəllim üçün metodik vəsaitin çapı
2011-2012-ci tədris ilinə II, IV və VII-XI siniflər üçün dövlət vəsaiti hesabına 102 adda 3463170 nüsxə dərslik, müəllim üçün metodik vəsaitin çapı və müvafiq bölgü əsasında yerlərə çatdırılması nəzərdə tutulub. Bu sıraya IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün 38, II və VII-XI siniflər üçün 24 adda dərslik daxildir. Yeni kurikulum əsasında işlənmiş bütün dərsliklərin hazırlanması tender yolu ilə yerinə yetirilib.
Onu da qeyd edək ki, 2011-ci ildə IV siniflər üçün bütün dərslik komplektləri, VII siniflər üçün "Zoologiya”, "İnformatika”, "Fizika”, "Rus dili”, VIII siniflər üçün "Azərbaycan Respublikasının fiziki coğrafiyası”, "Azərbaycan Respublikasının iqtisadi sosial coğrafiyası”, "Zoologiya”, "Rus dili”, "Fransız dili”, IX siniflər üçün "Yeni tarix”, "Rəsmxət”, "İnsan (Biologiya)”, "Rus dili”, "Fransız dili”, X siniflər üçün "İnsan və cəmiyyət”, "Gənclərin çağırışaqədərki hazırlığı”, XI siniflər üçün "İnsan və cəmiyyət”, "Gənclərin çağırışaqədərki hazırlığı” və "Rus dili” dərslikləri yenidən nəşr olunub.
Hazırda dərslik və müəllim üçün metodik vəsaitlərin 70 faizindən çoxu çap olunaraq təhvil verilib və bu proses uğurla davam etdirilir. Eyni zamanda dərsliklərin yerlərə çatdırılması işinə başlanılıb.

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 721 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Avqust 2011  »
B.eÇ.aÇərC.aCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz