Cümə, 19.04.2024, 06:22
Xoş gəlmisiniz Qonaq | 

Musayeva Gülərin həmkara dəstək web saytı

Statistika / online

Online 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Ana Səhifə» 2011 » Aprel » 24 » 2010-2011-ci dərs ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin III turu başa çatıb
10:05
2010-2011-ci dərs ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin III turu başa çatıb
Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2010-2011-ci dərs ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin III turu başa çatıb və "Ən yaxşı müəllim" müsabiqəsi isə davam edir.
Builki "Ən yaxşı müəllim" müsabiqəsində iştirak üçün 425 müəllim sənəd təqdim edib. Onlardan 10-nun sənədi müvafiq tələblərə cavab vermədiyi üçün baxılmayıb, 415 müəllimin sənədi isə ekspertizadan keçirilib.
Sənəd verənlərdən 156 nəfər (37,5 faiz) Bakının, 42 nəfər (10 faiz) Təhsil Nazirliyinin nəzdindəki məktəblərin, 39 nəfər (9,3 faiz) Sumqayıtın, 178 nəfər isə digər rayon və şəhərlərin müəllimləridir. Bu il Naftalan şəhəri, Ağdam, Qobustan, Daşkəsən, Yardımlı, Kəlbəcər, Neftçala, Gədəbəy, Laçın, Tərtər, Saatlı, Sabirabad, Xocavənd, Xocalı rayonlarının məktəblərindən heç bir müəllim müsabiqəyə sənəd təqdim etməyib.
"Ən yaxşı müəllim" müsabiqəsinə sənədləri qəbul edilmiş müəllimlərin göstəricilərinin ekspertizasının nəticələrinə görə, 415 nəfərdən 217-si (52,2 faiz) 1,3–3,8 civarında bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıb ki, bu da ötən ildəkindən 13 nəfər çoxdur. Müsabiqənin ikinci mərhələsində iştirak edən 217 nəfərdən 57-si ibtidai sinif, 35-i ingilis dili, 25-i Azərbaycan dili və ədəbiyyat, 23-ü tarix, 20-si riyaziyyat, 12-si coğrafiya, 11-i biologiya, 9-u fizika, 6-sı fransız dili, 5-i kimya, 4-ü informatika, 2-si alman dili, 2-si musiqi, 2-si rus dili (rus bölməsi), 1-i fiziki tərbiyə, 1-i gənclərin çağırışaqədərki hazırlığı, 1-i rus dili (Azərbaycan bölməsi), 1-i təsviri incəsənət müəllimidir.
Müsabiqədə iştirak edən 217 müəllimdən 55–nin təqdimatı müvafiq komissiya tərəfindən qiymətləndirilib. Gələn ayın sonunadək qalan müəllimlərin təqdimatlarının da dinlənilərək qiymətləndirilməsi nəzərdə tutulur.
Yekun nəticələrə görə onlardan ən yaxşı 95-i müsabiqənin qalibi adına layiq görüləcəkdir. "Ən yaxşı müəllim" müsabiqəsinin 5 qalibi isə hər il olduğu kimi, Naxçıvan Muxtar Respublikasının müəllimləri arasından seçiləcəkdir.
Bu il "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak üçün respublikamızın əksər bölgələrini təmsil edən 145 məktəb Təşkilat Komitəsinə müraciət edib. Bu isə keçən illə müqayisədə 22 məktəb çoxdur. Onlardan 63-ü (43 faiz) Bakının, 82-si (57 faiz) digər rayon və şəhərlərin məktəbləridir.
İştirak üçün sənədləri qəbul edilmiş məktəblərin göstəriciləri əvvəlki illərdə olduğu kimi, 10 ballıq sistem üzrə qiymətləndirilib. Ekspertizanın nəticələrinə görə, 145 məktəbdən 108-i (74 faiz) 2,3–7,8 arasında bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Onlardan 4 məktəbin direktoru üzrlü səbəblərdən üçüncü mərhələdə – təqdimat mərhələsində iştirak etməyib. Müvafiq qaydalara görə, 104 məktəb üzrə ikinci mərhələnin nəticələri isə IX və XI sinif şagirdlərinin yoxlama imtahanlarında fənlər üzrə əldə etdikləri keyfiyyət faizi əsasında müəyyənləşdiriləcəkdir (hazırda bu istiqamətdə iş aparılır). Artıq III turu başa çatmış müsabiqənin hər üç mərhələsinin nəticələrinə Təşkilat Komitəsində baxılaraq qalib olan 47 ümumtəhsil məktəbi müəyyən ediləcək. "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin 3 qalibi isə ötən illərdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasının tədris ocaqları arasından seçiləcəkdir.
  

Bölmə: Rəsmi məlumatlar| Yüklənib: 564 | Əlavə edən: GulerMusayeva|

Şərh yazanlar: 0
 
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş Bölməsi
Təqvim
«  Aprel 2011  »
B.eÇ.aÇərC.aCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930
Axtar
     

Designed by Musayeva Gülər ,  © 2024
Создать бесплатный сайт с uCoz